“Qalatasaray” Türkiyə kubokunun dörddəbir finalına vəsiqə qazanıb
Yanvarın 12-də futbol üzrə Türkiyə Kubokunda səkkizdəbir final mərhələsinin daha 3 oyunu keçirilib.

“Qalatasaray” səfərdə “Yeni Malatyaspor”un qonağı olub. Görüşün əsas hissəsində qapılara qol vurulmayıb. Əlavə dəqiqələrdə isə komandalar hər biri bir dəfə fərqlənməyi bacarıblar. Oyunun qalibi on bir metrlik cərimə zərbələrində müəyyənləşib. İstanbul klubu dörddəbir finala vəsiqəni təmin edib.

Günün digər matçlarında isə “Sivasspor” öz meydanında “Adana Dəmirspor”u 2:1 hesabı ilə üstələyib. “Antalyaspor” isə səfərdə “Bursaspor”un qapısından üç cavabsız qol keçirib.

Türkiyə kubokunun növbəti oyunları yanvarın 13 və 14-də keçiriləcək.

Xəbər 375 dəfə oxundu.