Azərbaycan samboçularının da iştirak edəcəyi Avropa kuboku təxirə salınıb
Yanvarda Rumıniyada keçirilməsi planlaşdırılan sambo üzrə Avropa kuboku yarışları təxirə salınıb.

Yarış koronavirus infeksiyası səbəbindən təxirə salınıb.

Digər böyük startlara gəlincə, “Anatoli Xarlampiyev memorialı”nın martın 25-26-da Moskvada, Avropa çempionatının mayın 18-20-də Lignatoda (İtaliya) keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, turnirlərdə Azərbaycan komandasının da iştirakı nəzərdə tutulub.

Xəbər 529 dəfə oxundu.