“Barselona” klubunun prezidentliyinə namizədlərin sayı 4-ə enib
İspaniyanın “Barselona” klubunun prezidentliyinə namizədlərin sayı 4-ə enib.

Daha 4 nəfərin rəhbər vəzifəyə təyin edilmək arzusu baş tutmayacaq. Belə ki, Aqusti Beneditodan sonra Jordi Farre, Xavyer Vilayoana, Luis Fernandes və Pere Riera da lazımi sayda imza toplaya bilmədikləri üçün namizədlikləri təsdiqlənməyib. Joan Laporta, Viktor Font, Toni Freyxa və Emili Rusar isə tələb olunan sayda imza toplayaraq şanslarını davam etdirirlər.

Qeyd edək ki, “Barselona”da prezident seçkiləri yanvarın 24-də keçiriləcək.

Xəbər 346 dəfə oxundu.