Ufa 2030-cu ildə Qış Olimpiya Oyunlarına ev sahibliyi edə bilər
2030-cu ildə keçiriləcək Qış Olimpiya Oyunlarını keçirməyə namizədlərin siyahısı artıb.

Rusiyanın Ufa şəhəri də Olimpiadanı qəbul etməkdə maraqlıdır. Namizədliklə bağlı sifarişlərin qəbulu hələ başlamayıb. Bu üzdən də rusiyalıların istəyi daha rəsmiləşməyib.

Ufayadək Vankuver (Kanada), Solt-Leyk-Siti (ABŞ), Sapporo (Yaponiya) və iki ortaq təşkilatçılıq ehtimalı var. Bunlar İspaniya, Fransa, Andorra və Polşa, Ukrayna, Latviya “üçlük”ləridir.

Xəbər 390 dəfə oxundu.