London-2012: Əlavə 13 milyard gəlir
Britaniyanın baş naziri Devid Kemeron çıxışlarından birində qeyd edib ki, olimpiya oyunları yaxın 4 il ərzində ölkəyə əlavə 13 milyard funt (20 milyard dollar) gəlir əldə olunacağını bildirib. İdman.com.az saytının məlumatına görə, bununla o, olimpiadaya qoyulmuş vəsaitin özünü tam doğruldacağını əminlik ifadə edib.

İngiltərə rəsmisi, bunu onunla əsaslandırıb ki, yarışlardan sonra adalara gələn turistlərin sayı 4,5 milyon nəfər artacaq və bu, əlavə 2 milyard funt deməkdir. «Lloyd» bank qrupu isə bildirib ki, ümumən olimpiada ölkəyə 16,5 miylard funt (26 milyard dollar) gəlir gətirəcək.

Statistiklər hesablayıblar ki, Oyunlar, demək olar ki, müharibələrdən də baha başa gəlir. Məsələn London olimpiadasına xərclənən maliyyə ötən il Liviyada çevrilişə xərclənmiş maliyyəni qat-qat üstələyir. 2001-ci ildə ABŞ İraqda hərbi əməliyyatlara 50 milyard dollar xərcəlmişdi. Britaniya hökuməti isə ikihəftəlik mərasimlərə 40 milyard dollara yaxın vəsait xərcləyəcək.

Xəbər 1175 dəfə oxundu.