Bu il taekvondo üzrə Avropa çempionatı Sofiyada keçiriləcək
Taekvondo üzrə Avropa çempionatı aprelin 8-11-də keçiriləcək.

Bu barədə Avropa Taekvondo Birliyi qərar verib. Qitə çempionatı Bolqarıstanın paytaxtı Sofiya şəhərində təşkil ediləcək. Turnirin əvvəlcə may ayında baş tutacağı planlaşdırılmışdı.

Taekvondo üzrə Olimpiya təsnifat turnirinin də vaxtı və yeri müəyyənləşib. Belə ki, bu yarış mayın 7-8-də Sofiyada keçiriləcək.

Xəbər 445 dəfə oxundu.