Formula 1-in Çin mərhələsini İmola Qran-Prisi əvəz edəcək | |
İtaliyadakı İmola trası növbəti dəfə Formula 1 yarışına ev sahibliyi edəcək. Aprelin 16-18-də keçirilməsi planlaşdırılan Çin Qran-Prisini İmola Qran-Prisi əvəz edəcək. Formula 1-də yeni mövsüm martın 28-də Bəhreyn Qran-Prisi ilə start götürəcək. Çempionata dekabrın 10-12-də Əbu-Dabidəki yarış ilə yekun vurulması planlaşdırılır. Xatırladaq ki, ötən mövsüm koronavirus pandemiyasına görə ləğv edilən Azərbaycan Qran-Prisinin bu ilin planına əsasən, iyunun 6-da keçiriləcəyi nəzərdə tutulub. |
|
Xəbər 661 dəfə oxundu. |
|
|