“Sumqayıt”ın yeni transferi Bakıya gəlib
“Sumqayıt”ın heyətinə qatmağa hazırlaşdığı iranlı futbolçu Höccət Haqverdi Azərbaycana gəlib.

28 yaşlı müdafiəçi artıq Bakıdadır. Onunla 2020/2021-ci il mövsümünün sonunadək müqavilə imzalanacaq.

Qeyd edək ki, H.Haqverdi son olaraq ölkəsinin “Paykan” klubunda çıxış edib.

Xəbər 355 dəfə oxundu.