“Zenit” klubu millimizin futbolçusu ilə yeni müqavilə imzalayıb
Rusiyanın “Zenit” futbol klubu qadınlardan ibarət Azərbaycan millisinin üzvü Jalə Məhsimova ilə müqavilənin müddətini uzadıb.

25 yaşlı futbolçu ilə birillik yeni müqavilə imzalanıb. Təcrübəli müdafiəçi ötən ilin yayından Sankt-Peterburq təmsilçisində çıxış edir.

Qeyd edək ki, J.Məhsimova daha əvvəl Rusiyada “Torpedo”, Azərbaycanda isə “Sumqayıt”, “Səbail” və “Uğur” klublarının formasını geyinib.

Xəbər 387 dəfə oxundu.