Polşanın “Lex” klubu bu gün Azərbaycana gəlir
Polşanın “Lex” klubu bu gün Azərbaycana gəlir. İdman.com.az saytının məlumatına görə, komanda Avroliqanın II təsnifat mərhələsində “Xəzər Lənkəran”la ilk oyununa çarter reysi ilə gəlir. Səhər Poznandan Bakıya yollanan polşalılar paytaxtımıza çatandan sonra Lənkərana avtobusla 250 kilometr yol qət edəcək. “Lex” bundan əvvəl rəqibi olan Qazaxıstanın “Jetısu” klubu ilə oyuna gec çatdığından, məşq edə bilməmişdi. Ancaq bu dəfə belə problem olmayacaq və rəqib bu axşam Lənkəran şəhər stadionunda həm məşq edəcək, həm də mətbuat konfransı keçirəcək.

Xəbər 834 dəfə oxundu.