Formula 1-in baş tutmayan Kanada mərhələsinin biletləri üçün ödənilən məbləğ geri qaytarılacaq
Kanada Qran-Prisinin təşkilatçıları, nəhayət baş tutmayan Formula 1 yarışının biletləri üçün azarkeşlərə pulu qaytarmağa hazır olduqlarını təsdiqləyiblər.

Pulu qaytarmaq məsələsi uzandığından hətta azarkeşlərdən biri Uorren Libman internetdə petisiya da yerləşdirib. Bununla bağlı Kanada mətbuatına açıqlama verən Kanada Qran-Prisinin prezidenti Fransua Dyumente öz komandasını müdafiə edərək ödəmələrdə gecikmələrin logistika məsələləri ilə bağlı olduğunu bildirib.

Kanada Qran-Prisinin 2021-ci il iyunun 13-də keçirilməsi planlaşdırılır. Koronavirus pandemiyası ilə bağlı vəziyyətdən asılı olaraq turnirin baş tutacağı təqdirdə, keçənilki yarış üçün biletlərin budəfəki turnir üçün etibarlı olacağı da bildirilir.

Xəbər 415 dəfə oxundu.