Tanınmış qrossmeyster Vüqar Həşimovun xatirəsi anılıb
Azərbaycanın məşhur şahmatçısı, Avropa çempionu qrossmeyster Vüqar Həşimovun vəfatının yeddinci ildönümü ilə əlaqədar doğmaları, yaxınları ilə birgə yeniyetmə şahmatçılar da mərhum qrossmeysterin məzarını ziyarət edib, xatirəsini anıblar.

V.Həşimovun ilk məşqçisi Anar Allahverdiyev anım mərasimində çıxış edərək onun qısa, lakin uğurlu karyerasından danışıb. Qeyd olunub ki, hər ilin aprelində Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunan nüfuzlu beynəlxalq şahmat turniri keçirilir.

“Vüqar Həşimov” şahmat klubunun üzvləri, yeniyetmələrin şahmat olimpiadasının qalibləri Aydın Süleymanlı və Əhməd Əhmədzadə V.Həşimovun həyat yolunun gənclərə nümunə olduğunu bildiriblər.

Mərhum şahmatçının atası Qasım Həşimov Vüqarın hər zaman Azərbaycanın idman şərəfini layiqincə qorumağa çalışdığını deyib.

Xəbər 370 dəfə oxundu.