Şimali makedoniyalı futbolçu Boyan Naydenov karyerasını Azərbaycanda davam etdirə bilər
Şimali Makedoniyanın “Vardar” klubunun futbolçusu Boyan Naydenov karyerasını Azərbaycanda davam etdirə bilər.

30 yaşlı yarımmüdafiəçi “Səbail”in maraq dairəsinə düşüb. Hazırda bir neçə komandanın şimali makedoniyalı oyunçu ilə maraqlandığı, amma onun “dənizçilər”lə müqavilə bağlama ehtimalının yüksək olduğu bildirilib.

Qeyd edək ki, B.Naydenov daha əvvəl ölkəsinin “Horizont”, “Miravçi”, “Rabotniçki”, Misirin “Smuha”, İranın “İstiqlal” və Albaniyanın “Laçi” klublarında çıxış edib.

Xəbər 403 dəfə oxundu.