“Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib
Bakının “Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Paytaxt təmsilçisi Kot d İvuardan olan hücumçu Tiemoko Fofananı transfer edib. İyirmi bir yaşlı oyunçu Finlandiyanın “İlves” klubundan mövsümün sonunadək icarəyə götürülüb.

Qeyd edək ki, Tiemoko Fofana karyerası ərzində “İlves” dən başqa Danimarkanın “Norşellan” klubunun U-19 komandasında çıxış edib.

Xəbər 351 dəfə oxundu.