Formula 1-in bütün komandaları mövsümün əvvəlinədək COVID-19 əleyhinə vaksinasiyadan keçə bilərlər
Formula 1 rəhbərliyinin koronavirus pandemiyası fonunda 2021-ci il mövsümünün başlanmasına hazırlaşmaq üçün öz planları var.

Beynəlxalq Avtomobil Federasiyası (FIA) və “Liberty Media” bütün komandaların işçilərinin mart ayında çempionat başlamazdan əvvəl COVID-19 infeksiyasına qarşı vaksinasiyadan keçmələrini istəyirlər.

İsveçrə nəşrində qeyd edilir ki, yalnız bu vəziyyətdə 2020-ci il mövsümünün keçdiyi məhdudlaşdırıcı tədbirlərin aradan qaldırılması mümkün olacaq.

Hazırda Avstraliya və Çindəki yarışların payızadək təxirə salınmaq təhlükəsi var. Mövsümün ilk mərhələsi böyük ehtimalla martın 28-də Bəhreyndə, növbəti iki yarış isə İmola və Portimaoda baş tutacaq.

Formula 1-də son bir mövsüm ərzində 78 min koronavirus testi aparılıb, onlardan 78-i müsbət olub.

Xəbər 393 dəfə oxundu.