Yunan-Roma güləşçilərimiz Henri Deqlan Qran-Prisinə İstanbulda hazırlaşırlar
Yunan-Roma güləşi üzrə millimiz yanvarın 5-dən İstanbulda təlim-məşq toplanışı keçir.

Türkiyə yığması ilə birgə təşkil olunan hazırlıq prosesi yanvarın 16-dək davam edəcək. Məşqlər İstanbulun Sarıyer bölgəsində yerləşən Mersinli Ahmet adına təlim-məşq mərkəzində keçirilir.

Komandamız baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Akif Əliyevin rəhbərliyi altında həm fiziki, həm də taktiki-texniki hazırlıq üzərində çalışır.

Qeyd edək ki, millimiz toplanışı başa vurduqdan sonra Fransanın Nitsa şəhərinə yollanaraq ilin ilk beynəlxalq turniri olan Henri Deqlan Qran-Prisində iştirak edəcək.

Xəbər 426 dəfə oxundu.