Şahmatçılarımız “Sarja” kuboku yarışında final mərhələsinin sonuncu turlarında mübarizə aparacaqlar
Azərbaycanın qadın şahmatçıları Gülnar Məmmədova və Ülviyyə Fətəliyeva “Lichess.org” platforması vasitəsilə keçirilən onlayn “Şarca” kuboku yarışının finalında bu gün son 4 turda mübarizə aparacaqlar.

Final mərhələsinin ilk 5 oyununda 3,5 xal toplayan G.Məmmədova 6-cı, 2 xal əldə edən Ü.Fətəliyeva 22-ci pillədə qərarlaşıblar.

Xatırladaq ki, şahmatçılarımız turnirin blits ilk mərhələsində uğurla çıxış edərək finala vəsiqə qazanıblar.

Finalda 483 şahmatçı arasından seçilmiş ən güclü 25 oyunçu ilə yanaşı, 10 namizəd də mübarizə aparır. Rapid üzrə İsveçrə sistemi ilə keçirilən həlledici mərhələ 9 turdan ibarətdir. Ümumi nəticədə ilk səkkizliyə düşən idmançılar mükafatlandırılacaqlar.

Xəbər 391 dəfə oxundu.