"Neftçi"nin sabiq futbolçusu Vyetnam klubu ilə anlaşıb
Bakının "Neftçi" klubunun sabiq futbolçusu Dario Frederikonun yeni komandası müəyyənləşib.

30 yaşlı vinger karyerasını Vyetnamda davam etdirəcək.

Braziliyalı oyunçu "Hoşimin" klubu ilə birillik müqavilə imzalayıb.

Qeyd edək ki, Dario Frederiko 2018-ci ildə və 2019/2020-ci il mövsümündə "Neftçi"nin formasını geyinib. O, Azərbaycanda "Kəpəz" klubunun da şərəfini qoruyub.

Xəbər 355 dəfə oxundu.