Avropa Cüdo Birliyi Orxan Səfərovun medal şanslarını qiymətləndirib
Avropa Cüdo Birliyi (EJU) Azərbaycan idmançısı Orxan Səfərovun yanvarın 11-də Dohada (Qətər) start götürəcək “World Masters” turnirində medallara namizədlərdən olduğunu açıqlayıb.

Bu barədə EJU-nun saytında yerləşdirilən məlumatda bildirilib.

Həmin məlumatda qızıl medal uğrunda mübarizədə dünya reytinq siyahısına liderlik edən Manuel Lombardoya (İtaliya) üstünlük verilsə də, bildirilir ki, o, Azərbaycan cüdoçusu Orxan Səfərovdan ehtiyat etməlidir. Belə ki, M.Lombardonun ötən ilin noyabrında keçirilmiş Avropa çempionatında ilk mərhələdə məğlub olduğu O.Səfərov daha sonra turnirin qalibi olub. Bununla belə, Orxanın da yaxınlaşan püşkatma ilə bağlı narahatlıqlarının olacağı vurğulanıb. Çünki Vaca Marqvelaşvili (Gürcüstan), Barux Şmaylov (İsrail) və ya Alberto Qaytero (İspaniya) ilk mərhələdə ona rəqib ola bilərlər.

Xəbər 457 dəfə oxundu.