Serxio Ramos “Liverpul”da çıxış edə bilər
İspaniyanın “Real Madrid” klubunun futbolçusu Serxio Ramos karyerasını İngiltərədə davam etdirə bilər.

34 yaşlı müdafiəçi “Liverpul”un maraq dairəsinə düşüb.

Əsas oyunçularının zədələnməsi səbəbindən problem ilə üzləşən Mersisayd təmsilçisi Ramosu heyətinə qatmaq niyyətindədir.

Komanda hazırda Vircil van Deyk və Cosef Qomesin xidmətindən yararlana bilmir.

Qeyd edək ki, Serxio Ramosun “Real Madrid”lə müqaviləsi bu ilin yayında başa çatacaq. Kapitan 2005-ci ildən Madrid klubunun formasını geyinir.

Xəbər 409 dəfə oxundu.