“Real Madrid”in sabiq futbolçusu karyerasını İspaniyanın dördüncü divizionunda davam etdirəcək
“Real”ın və Niderland yığmasının sabiq futbolçusu Royston Drente karyerasını İspaniyanın dördüncü divizionunda davam etdirəcək.

33 yaşlı yarımmüdafiəçi “Rasinq Mursiya” ilə müqavilə imzalayıb. Drente ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Drente son olaraq Niderlandın 3-cü liqa təmsilçisi “Kozakken Boys”da çıxış edib. “Feyenoord”un yetirməsi olan futbolçu karyerası ərzində “Real” (Madrid), “Everton”, “Kayseri Erciyesspor”, “Alaniya”, “Ridinq”, “Şeffild Uensdey”, “Baniyas” və “Sparta” (Rotterdam) kimi klublarda da forma geyinib.

Xəbər 421 dəfə oxundu.