Qadın şahmatçıların Qran-Pri turnirinin sonuncu mərhələsi təxirə salınıb
Beynəlxalq Şahmat Federasiyası (FIDE) Cəbəllütariqdə qadınlar arasında keçirilməsi planlaşdırılan Qran-Pri turnirinin sonuncu mərhələsini təxirə salıb.

Yanvarın 17-29-da keçirilməsi nəzərdə titulan turnirin bu ilin fevralın sonunda keçirilməsi planlaşdırılır. Turnirin təxirə salınmasının səbəbi koronavirus xəstələrinin sayının əhəmiyyətli dərəcədə artdığı Cəbəllütariqdə pandemiyanın inkişafı ilə əlaqədardır.

Qeyd edək ki, şahmatçımız Günay Məmmədzadənin yarışda iştirakı nəzərdə tutulub.

Xəbər 505 dəfə oxundu.