Azərbaycan əsilli amerikalı xokkeyçi: “MHL-də oynamaq mənim arzumdur” - MÜSAHİBƏ
Azərbaycan əsilli amerikalı xokkeyçi Daniyal Caniyev bu ildən ABŞ-ın MTİA komandasının birinci divizionunda oynayacaq. Azsport.az saytı Azərisporta istinadən həmin müsahibəni təqdim edir.

- Əvvəlcə özünüz haqqında məlumat verin. Axı az adam ABŞ-da Azərbaycandan bir hokkeyçi olduğunu bilirdi.

- 2002-ci ildə Nyu-Yorkda anadan olmuşam. Atam Məmməd Caniyev Azərbaycanda, anam isə Rusiyada doğulublar. Dörd yaşımdan hokkey oynamağa başlamışam. Əvvəl “Brooklyn Aviator” komandasında oynayırdım, 15 yaşımdan “New Jersey Titans”a keçdim.

- ABŞ gənclər yığma komandalarında da oynamısınız?

- Bəli, 16 yaşım var idi. İki il milli komandalarda oynamışam. Bu mövsüm “Dubuque Fighting Saints” klubuna keçmişəm. Bu yaxınlarda MTİA (Milli Tələbə İdman Assosiasiyası) mərhələsində oynamaq üçün “Penn State University” komandası ilə müqavilə imzalamışam.

- Azərbaycanda hamı bunun hansı liqa olduğunu başa düşə bilməz...

- Hal-hazırda Amerikanın ən yaxşı gənclər liqası olan USXL-da (ABŞ Hokkey Liqası) oynayıram. Növbəti mövsüm MTİA-da çıxış edəcəm. Bu birbaşa MHL-ə gedən yoldur.

- MHL-də oynayan ilk azərbaycanlı ola biləcəyiniz nə qədər realdır?

- Bu mənim arzumdur. İlk dəfə konki sürməyə başlayanda artıq MHL-ə düşməyi xəyal edirdim. Daim öz üzərimdə işləsəm, bu xəyalım gerçəkləşəcək. Azərbaycan üçün bu səviyyədə oynamaq inanılmaz olardı.

- Bu səviyyədə danışan tək azərbaycanlı sizsiniz?

- Bəli, tək mənəm. Digərləri hokkeyə maraq göstərmirlər. İstərdim ki, Azərbaycandan daha çox uşaq hokkeyə maraq göstərsin.

- Azərbaycanda sonuncu dəfə nə vaxt olmusunuz?

- İki il əvvəl Azərbaycanda olmuşam. Nənəm, əmim və ümumiyyətlə, çox qohumlar Azərbaycanda yaşayır. Keçən yay gəlmək istədim, amma koronavirus pandemiyası səbəbindən gələ bilmədim.

- Yəqin ki, Qarabağ hadisələrini atanızla izləmisiniz?

- Hal-hazırda valideynlərimdən ayrı – Ayovada yaşayıram. Ancaq, atamla hər ikimiz Qarabağ hadisələrini izləyirdik və Azərbaycan üçün çox narahat idik.

Xəbər 674 dəfə oxundu.