“Xəzər Lənkəran” ötən illərlə müqayisədə çox güclənib”
“Xəzər Lənkəran” ötən illərlə müqayisədə çox güclənib. Buna görə də rəqibi qiymətləndirməyə bilmərik”. İdman.com saytının məlumatına görə, bu sözləri Avropa Liqasının II təsnifat mərhələsində “Xəzər Lənkəran”ın rəqibi olan “Lex”in futbolçusu Hubert Volakyeviç deyib.
Rəqib futbolçu ölkəmizə nəticə üçün gəldiklərini bildirib: “Azərbaycana sərfəli nəticə üçün gedirik. Lənkəranda qol vurmağa çalışacağıq ki, evdə keçiriləcək cavab matçında daha rahat oynayaq”.

Xəbər 949 dəfə oxundu.