Azərbaycan futbolçusu Mahir Emreli karyerasını Belçikada davam etdirə bilər
Azərbaycan millisinin və “Qarabağ”ın futbolçusu Mahir Emreli karyerasını Belçika çempionatında davam etdirə bilər.

Yerli çempionatda çıxış edən bir neçə klub 24 yaşlı hücumçu ilə yaxından maraqlanır.

Komandaların adları açıqlanmasa da, hazırda “Vasland-Beveren”, “Zülte-Varagem”, “Standard”, “Sent-Trüden” və “Mexelen” kimi yüksək liqa təmsilçilərinin mərkəz hücumçu axtardıqları bildirilib.

Qeyd edək ki, daha əvvəl Türkiyənin “Beşiktaş” klubunun da M.Emrelinin xidmətində maraqlı olduğu ilə bağlı xəbər yayılıb.

Xəbər 366 dəfə oxundu.