Qadın şahmatçılarımız “Sarja” kubokunda mübarizəyə başlayırlar
Bu gün “Lichess.org” platforması vasitəsilə qadın şahmatçılar arasında “Sarja” kuboku yarışı start götürəcək.

Birləşmiş Ərəb Əmirlikləri Şahmat Federasiyasının təşkilatçılığı ilə keçiriləcək turnirdə Azərbaycanı 8 şahmatçı təmsil edəcək. Sayca 11-ci dəfə təşkil ediləcək turnirə şahmatçılarımız Günay Məmmədzadə, Gülnar Məmmədova, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Nərmin Xələfova, Xəyalə Abdulla, Fidan Ağasıyeva və Aytac Məmmədov qatılacaqlar.

Yarışda ümumilikdə 307 şahmatçı iştirak edəcək. Turnirin seçmə mərhələsində iştirakçılar İsveçrə sistemi üzrə blits turnirində mübarizə aparacaqlar. Onların arasından ən yaxşı nəticə göstərən şahmatçılar rapid (15 dəqiqə + 5 saniyə) üzrə keçiriləcək final mərhələsinə vəsiqə qazanacaqlar.

Turnir yanvarın 9-dək davam edəcək.

Xəbər 398 dəfə oxundu.