Azərbaycan Şahmat Federasiyası qrossmeyster Arkadi Naydiç ilə müqaviləyə xitam verib
Azərbaycan Şahmat Federasiyası qrossmeyster Arkadi Naydiç ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

Bu barədə federasiyanın mətbuat xidmətindən məlumat verilib.
Məlumatda qeyd edilib ki, Azərbaycan Şahmat Federasiyası kişi şahmatçılardan ibarət milli komandanın heyətində beş il çıxış edən qrossmeysterə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Arkadi Naydiç 2015-ci ildən Azərbaycan yığmasının heyətində çıxış edib. O, 2017-ci ildə millimizin heyətində komandalar arasında Avropa çempionatında qızıl medal qazanıb.

Xəbər 380 dəfə oxundu.