Beynəlxalq Cüdo Federasiyası ilin ilk yarısı üçün təqvimi açıqlayıb
Bu ilin ilk 6 ayı ərzində cüdo üzrə keçiriləcək beynəlxalq yarışların təqvimi açıqlanıb.

Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına istinadla xəbər verir ki, yarış mövsümü yanvar 11-dən 13-dək “World Masters” turnirinin baş tutacağı Dohada (Qətər) başlayacaq. Növbəti yarış fevralın 18-20-də İsrailin Təl-Əviv şəhərində keçiriləcək “Böyük dəbilqə” turniri olacaq.

Martda daha iki “Böyük dəbilqə” yarışı keçiriləcək. Belə ki, bu turnirlər martın 5-7-də Daşkənddə, 26-28-də Tbilisidə təşkil ediləcək. Mayın 8-9-da isə cüdoçular Parisdə “Böyük dəbilqə” yarışında mübarizə aparacaqlar. İlin ilk yarısının son yarışı iyunun 6-13-də Budapeştdə keçiriləcək dünya çempionatı olacaq.


Xəbər 442 dəfə oxundu.