Qadın şahmatçılarımız Sarja kubokunda çıxış edəcəklər
Yanvarın 7-də “Lichess.org” platforması vasitəsilə qadın şahmatçılar arasında 11-ci Sarja kuboku yarışı start götürəcək.

Turnirdə Azərbaycanı Günay Məmmədzadə, Gülnar Məmmədova, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Nərmin Xələfova, Xəyalə Abdulla, Fidan Ağasıyeva və Aytac Məmmədov təmsil edəcəklər.

Yarışa 307 şahmatçı qatılacaq ki, onun da 52-si qrossmeysterdir. Turnirin seçmə mərhələsində iştirakçılar İsveçrə (13 tur, 3 dəqiqə + 1 saniyə) sistemi üzrə mübarizə aparacaqlar. Onların arasından ən yaxşı nəticə göstərən şahmatçılar rapid (15 dəqiqə + 5 saniyə) üzrə keçiriləcək final mərhələsinə vəsiqə qazanacaqlar.

Xəbər 382 dəfə oxundu.