“Champions Chess Tour” turnirinin final mərhələsinin keçiriləcəyi yer müəyyənləşib
Azərbaycan şahmatçısı qrossmeyster Teymur Rəcəbovun iştirak edəcəyi “Champions Chess Tour” turnirinin final mərhələsinin keçiriləcəyi yer müəyyənləşib.

Hazırkı dünya çempionu Maqnus Karlsenin təşəbbüsü və təşkilatçılığı ilə keçiriləcək turnir sentyabrda San-Fransiskoda (ABŞ) baş tutacaq.

Qeyd edək ki, Teymur Rəcəbov “Champions Chess Tour”un final mərhələsinə vəsiqəni “Airthing Masters” turnirinin qalibi olmaqla qazanıb. Azərbaycan təmsilçisi finalda Ermənistan şahmatçısı Levon Aronyanı məğlub edərək turnirin qalibi olub.

Xəbər 392 dəfə oxundu.