“Sabah” klubu Şakir Seyidovla müqavilə müddətini uzadıb
“Sabah” klubu futbolçusu Şakir Seyidovla müqavilə müddətini uzadıb.

Yeni müqavilənin müddəti 2023-cü ilin iyun ayınadək nəzərdə tutulub.

Futbolçu 2018-ci ildən “Sabah”ın uğurları üçün çalışır. İyirmi bir yaşlı müdafiəçi komandanın heyətində ümumilikdə 31 oyun keçirib və 2 qola imza atıb.

Qeyd edək ki, futbolçunun “Sabah”la əvvəlki müqaviləsi cari mövsümün sonunda başa çatırdı.

Xəbər 392 dəfə oxundu.