Cok Klian “Ferrari”də Şumaxer və Şvartsmanın məşqçisi olacaq
“Ferrari”nin rəhbəri Mattia Binotto britaniyalı mühəndis Cok Klianın gələcəkdə komandada hansı funksiyaları yerinə yetirəcəyindən danışıb.

C.Klia əvvəllər baş mühəndis vəzifəsində çalışıb və 2019-cu ildə Şarl Leklerin məşqçisi olub. M.Binottonun sözlərinə görə, o, bundan sonra bütün gənc pilotların inkişafına da cavabdeh olacaq: “Gələn il Mik Şumaxer “Haas” sükanı arxasında Formula 1-də təcrübə toplamağa başlayacaq. Formula 2-də Robert Şvartsman kimi gənc sürücülərimiz var. Cok Klianın işi bu gənc sürücülərin potensiallarını inkişaf etdirmək və ondan istifadə etməyə kömək etmək olacaq”.

Xəbər 408 dəfə oxundu.