“Real Madrid” klubu üç futbolçu ilə vidalaşa bilər
“Real Madrid” klubu 3 futbolçu ilə vidalaşa bilər.

Bu barədə İspaniyanın nüfuzlu “El Mundo Deportivo” nəşri məlumat yayıb.

Mənbənin yazdığına görə, Madrid klubunun düşərgəsini tərk etməyə əsas namizəd İskodur. Onunla yanaşı, Alvaro Adriasola ilə Luka Yoviçin də gedəcəyi gözlənilir.

Xatırladaq ki, İskonun “Real”dan ayrılmaq istədiyi haqda uzun müddətdir xəbərlər dolaşır. Meydana çıxmadığından narazı olan ispaniyalı müdafiəçi əsas heyətə düşmək istədiyi kluba keçmək istəyir. İsko ilə “Yuventus”, “Mançester Siti” və “Napoli” maraqlansa da, 28 yaşlı futbolçu “Sevilya”ya keçmək istəyir.

Xəbər 387 dəfə oxundu.