Azərbaycan əsilli xokkeyçi Amerika komandasında oynayacaq
Azərbaycan əsilli amerikalı xokkeyçi Daniyal Caniyev bu ildən ABŞ-ın MTİA komandasının birinci divizionunda oynayacaq.

Bu yaxınlarda MTİA (Milli Tələbə İdman Assosiasiyası) mərhələsində çıxış edərək Penn State University komandası ilə müqavilə imzalayıb. Əvvəl - ABŞ Xokkey Liqası mərhələsində “Dubuque Fighting Saints” klubunu təmsil edib.

Nyu-Yorkda anadan olan 18 yaşlı Caniyev, ABŞ-ın gənc komandalarında da oynayıb. (U-17 və U-18).

Oynadığı keçmiş “Dubuque Fighting Saints” komandasında ortağı Qazaxıstanlı oyunçu Andrey Buyalsky verdiyi müsahibədə kökləri azərbaycanlı olan gənc xokkeyçi haqqında danışıb: “Daniyal Caniyevlə bir yerdə məşq edirdik. Azərbaycan əsilli Amerikalıdır, rus dilini yaxşı bilir. İkinci ortağım Kanadalı Tristan Lemieux idi. Hər ikisi də sürətli oyunçulardır. Biz sürətli üçlü idik".

Azerisport.com

Xəbər 517 dəfə oxundu.