AFFA-da Vətən müharibəsinin iştirakçısı ilə görüş keçirilib
Rəşadətli Azərbaycan Ordusunun parlaq Qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsinin iştirakçısı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) kütləvi futbol departamentinin əməkdaşı Orxan Mikayıllı ilə yanvarın 5-də AFFA-nın inzibati binasında görüş keçirilib.

İcraçı vitse-prezident Elxan Məmmədov görüşdə torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa diləyib, Vətən müharibəsinin bütün iştirakçılarına ölkəmizin futbol ailəsi adından təşəkkürünü bildirib. O, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunması münasibətilə O.Mikayıllını bir daha təbrik edib.

Xəbər 418 dəfə oxundu.