“Tottenhem”in hücumçusu Asiyanın ən yaxşı futbolçusu seçilib
İngiltərənin “Tottenhem” klubunun Koreya Respublikasından olan futbolçusu Son Hın Min Asiyada 2020-ci ilin ən yaxşısı seçilib.

2020-ci ilin ən yaxşı futbolçusu ilə bağlı sorğuda birinci yeri 28 yaşlı hücumçu tutub. Futbolçu ilk pillədə 286 xalla qərarlaşıb.

Rusiyanın “Zenit” klubunda çıxış edən iranlı forvard Serdar Azmun 89 xal toplayaraq ikinci olub. Üçüncü yeri isə Koreya Respublikasının “Ulsan Hunday” komandasının hücumçusu Junior Neqrao (83 xal) tutub.

Xəbər 413 dəfə oxundu.