“Neftçi”nin məşqçilər korpusunda yeni təyinat olub
“Neftçi” futbol klubunun məşqçilər korpusunda yeni təyinat olub. Əsas komandanın fiziki hazırlıq üzrə məşqçisi vəzifəsini Eduardo Karo yetirəcək.

28 yaşlı ispaniyalı mütəxəssislə mövsümün sonunadək müqavilə bağlanıb.

Qeyd edək ki, İspaniyanın “Terrassa”, “Gava”, Səudiyyə Ərəbistanının “Əl-Hilal” U-23 və Türkiyənin “Gənclərbirliyi” klublarında çalışmış Karo 2019/2020-ci il mövsümündə “Sumqayıt”ın fiziki hazırlıq üzrə məşqçisi olub.

Xəbər 357 dəfə oxundu.