“Aston Martin” yeni bolidini fevralda təqdim edəcək
Bu il “Racing Point” adı Formula 1-də tarixə qovuşacaq. İngiltərə komandası daha əvvəllər “Force India” və “Jordan” adlandırılıb. Cari mövsümdən isə komanda “Aston Martin” adlanacaq.

Artıq komanda yeni loqotip və rəsmi internet səhifəsini təqdim edib. Həmçinin, komandadan bəhs edən videoçarx da nümayiş olunub.

Komanda fevralda cari mövsümdə çıxış edəcək bolidini təqdim edəcək. Təqdimatın günü hələ müəyyənləşməyib.

Qeyd edək ki, Formula 1 üzrə dünya çempionatının 2021-ci il mövsümündə “Aston Martin” komandasının heyətində dördqat dünya çempionu Sebstyan Fettel mübarizə aparacaq.

Xəbər 416 dəfə oxundu.