Azərbaycan millisi beynəlxalq reytinq cədvəlində mövqeyini qoruyub
Beynəlxalq Voleybol Federasiyası (FIVB) milli komandaların reytinq cədvəlini açıqlayıb.

Qadın voleybolçulardan ibarət Azərbaycan yığması mövqeyini qoruyub. Belə ki, hesabında 127 xal olan millimiz 26-cı pillədə qərarlaşıb.

Çin millisi 391 xalla siyahıya başçılıq edir. ABŞ 382 xalla ikinci, Braziliya 328 xalla üçüncüdür.

Xəbər 424 dəfə oxundu.