Kriştiano Ronaldo Peleni qabaqlayıb
Portuqaliya yığmasının və “Yuventus”un hücumçusu Kriştiano Ronaldo “Udineze” ilə matçda 757-ci və 758-ci qolunu vurub.

Portuqaliyalı futbolçu bununla da qol sayına görə əfsanəvi braziliyalı Peleni geridə qoyub. Ronaldo “Sportinq”, “Mançester Yunayted”, “Real” və “Yuventus”, həmçinin Portuqaliya yığmasının heyətlərində 1032 matç keçirib. Pele isə 812 rəsmi matçda 757 qol vurub.
Qeyd edək ki, qolların sayına görə rekord göstərici çexiyalı hücumçu Yozef Biçana məxsusdur. O, 1931-ci ildən 1955-ci ilədək 759 qol vurub. Ronaldoya bu rekordu yeniləmək üçün 1 qol lazımdır.

Xəbər 361 dəfə oxundu.