“Atletik” klubunun yeni baş məşqçisi müəyyənləşib
İspaniyanın “Atletik” futbol komandasının yeni baş məşqçisi müəyyənləşib.

Bilbao təmsilçisi Marselino Qarsiya Torala tapşırılıb.

Əlli beş yaşlı mütəxəssislə 2022-ci ilin yayınadək müqavilə imzalanıb. O, bu vəzifədə istefaya göndərilən Qaiska Qaritanonu əvəzləyib.

Qeyd edək ki, Toral daha əvvəl İspaniyanın “Valensiya”, “Vilyarreal”, “Sevilya”, “Rasinq”, “Saraqosa”, “Rekreativo”, “Sportinq” və “Lealtade” komandalarına rəhbərlik edib.

Xəbər 354 dəfə oxundu.