PSJ-nin yeni baş məşqçisinin adına rəsmən aydınlıq gəlib
Fransanın PSJ klubunun yeni baş məşqçisinin adına rəsmən aydınlıq gəlib.

Paris təmsilçisini bundan sonra “Tottenhem”in sabiq baş məşqçisi Maurisio Poçettino çalışdıracaq. Bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

Argentinalı 48 yaşlı mütəxəssislə 2022-ci ilin yayınadək müqavilə imzalanıb.

Poçettino PSJ-də ötən ilin sonlarında istefaya göndərilmiş Tomas Tuxeli əvəz edib.

Poçettino 2001-2003-cü illərdə futbolçu kimi də PSJ-də çıxış edib. O, komandada 95 oyun keçirib.

Xəbər 345 dəfə oxundu.