Həndbol üzrə dünya çempionatının ilk iştirakçı komandası Misirə gəlib
Yanvarın 13-dən fevralın 1-dək Misir həndbol üzrə kişilər arasında 27-ci dünya çempionatına ev sahibliyi edəcək.

Yanvarın 3-də çempionatda iştirak edəcək ilk komanda – Yaponiya yığması Qahirəyə gəlib. Yapon idmançılar sabahdan etibarən COVID-19 pandemiyası şəraitində yüksək təhlükəsizlik tədbirləri görülən Yeni Qahirə idman sarayında məşqlərə başlayacaq və yanvarın 5-də Misir yığması ilə yoldaşlıq görüşü keçirəcəklər.

Beynəlxalq Həndbol Federasiyasının qərarı ilə bu ilki dünya çempionatı 27 deyil, 32 milli komandanın iştirakı ilə keçiriləcək. Onlar ilk mərhələdə səkkiz qrupda mübarizə aparacaqlar. Hazırkı dünya çempionu Danimarka Misirdə keçiriləcək çempionatda öz titulunu qorumağa çalışacaq. Oyunlar Qahirə, İsgəndəriyyə, Giza və Yeni Qahirədəki idman komplekslərində keçiriləcək.

Xəbər 495 dəfə oxundu.