Yoşiro Mori dünya liderlərinin Tokio Olimpiadasında iştirak edəcəklərinə ümid etdiyini bildirib
“Tokio-2020”in təşkilat komitəsinin rəhbəri Yoşiro Mori dünya liderlərinin Yaponiyada keçiriləcək Yay Olimpiya Oyunlarına gələcəklərinə ümid etdiyini bildirib.

Y.Mori bu barədə Yaponiyanın “Yomiuri” qəzetinə müsahibəsində bildirib. Qeyd edib ki, dünyanın üzləşdiyi çətin pandemiya şəraitinə baxmayaraq, bu nüfuzlu yarışda daha çox insanın iştirak etməsini arzulayırlar: “İstərdik ki, Tokioda baş tutacaq Olimpiya və Paralimpiya Oyunlarına mümkün qədər çox adam və hər ölkənin lideri qatılsın".

Təşkilat komitəsinin rəhbəri bütün dünya ilə əməkdaşlıq şəraitində həqiqi səylər göstərməklə dəhşətli koronavirus bəlasının aradan qaldırılması üçün səmimi müzakirə apara biləcəklərinə də ümid etdiyini bildirib.

Qeyd edək ki, Tokio Olimpiadasının 2020-ci ilin iyulun 24-dən avqustun 9-dək keçirilməsi planlaşdırılsa da, koronavirus səbəbindən bir il təxirə salınıb və 2021-ci ilin iyulun 23-dən avqustun 8-dək keçiriləcək.

Xəbər 382 dəfə oxundu.