Şəhid generalın məzarı doğum günündə ziyarət edildi
Bu gün Milli Qəhrəman Polad Həşimovun doğum günüdür. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşəbbüsü, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə idman ictimaiyyətinin və gənclər təşkilatlarının nümayəndələri, eləcə də, Azərbaycan İdman Jurnalistləri Federasiyası İdarə Heyətinin üzvləri tərəfindən Şəhid general-mayor Polad Həşimovun məzarı ziyarət edilib.

Anım mərasimində onun döyüş yolundan bəhs edilib, məzarı üstünə gül dəstələri qoyulub.

Xəbər 701 dəfə oxundu.