Teymur Rəcəbov “Airthings Masters” turnirində qalib adı uğrunda mübarizə aparacaq
Bu gün “Champions Chess Tour” çərçivəsində onlayn “Airthings Masters” turnirinin final oyunlarına start veriləcək.

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov həlledici mərhələdə ermənistanlı Levon Aronyanla mübarizə aparacaq.

Qeyd edək ki, şahmatçımız yarımfinalın iki matçında rusiyalı Daniil Dubovu 5:1 hesabla məğlub edərək finala yüksəlib.
Yanvarın 3-dək davam edəcək turnirin ümumi mükafat fondu 200 min ABŞ dollarıdır ki, onun da 60 mini qalibə çatacaq.

Xəbər 371 dəfə oxundu.