“Airthings Masters”: Teymur Rəcəbov finala vəsiqə qazanıb | |
“Champions Chess Tour” çərçivəsində təşkil edilən onlayn “Airthings Masters” turnirində yarımfinal mərhələsinin cavab oyunları keçirilib. Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov bu mərhələdə rusiyalı Daniil Dubov üzərində 2:0 hesabı ilə qələbə qazanaraq finala çıxıb. Qeyd edək ki, şahmatçımız Rusiya təmsilçisini ilk qarşılaşmada 3:1 hesabla məğlub etmişdi. Xatırladaq ki, T.Rəcəbov dörddəbir final çərçivəsində Rusiyanın digər təmsilçisi Yan Nepomnyaşini mübarizədən kənarlaşdıraraq yarımfinala vəsiqə əldə etmişdi. Yanvarın 3-dək davam edəcək turnirin ümumi mükafat fondu 200 min ABŞ dollarıdır. |
|
Xəbər 355 dəfə oxundu. |
|
|