Teymur Rəcəbov Daniil Dubov üzərində qələbə qazanıb
“Champions Chess Tour” çərçivəsində təşkil edilən onlayn “Airthings Masters” turnirində yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov bu mərhələdə rusiyalı Daniil Dubovla ilk qarşılaşmasını qələbə ilə başa vurub. Şahmatçımız Rusiya təmsilçisini 3:1 hesabla məğlub edib.
Qeyd edək ki, şahmatçımız yarışın dörddəbir final mərhələsində Rusiyanın digər təmsilçisi Yan Nepomnyaşini məğlub edərək yarımfinala yüksəlib.

Yanvarın 3-dək davam edəcək turnirin ümumi mükafat fondu 200 min ABŞ dollarıdır.

Xəbər 355 dəfə oxundu.