Teymur Rəcəbov “Airthings Masters” turnirinin yarımfinalında rusiyalı Daniil Dubovla mübarizə aparacaq
Dekabrın 31-də rapid üzrə “Champions Chess Tour” çərçivəsində təşkil edilən onlayn “Airthings Masters” turnirində yarımfinal oyunlarına start veriləcək.

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov bu mərhələdə rusiyalı Daniil Dubovla mübarizə aparacaq.

Qeyd edək ki, şahmatçımızın dörddəbir final çərçivəsində Rusiyanın digər təmsilçisi Yan Nepomnyaşi ilə oyunu heç-heçə başa çatdığından rəqibi ilə blits matçında gücünü sınayıb. İki oyundan ibarət mübarizədə də qrossmeysterlər bərabər oyun nümayiş etdirdikləri üçün qalib armageddonda müəyyənləşib. Belə ki, T.Rəcəbov qara fiqurlarla heç-heçə etdiyindən yarımfinala vəsiqə qazanıb.

Yanvarın 3-dək davam edəcək turnirin ümumi mükafat fondu 200 min ABŞ dollarıdır.

Xəbər 472 dəfə oxundu.