“Qarabağ” yenidən Türkiyəyə yollanır
“Qarabağ” yenidən Türkiyəyə yollanır. İdman.com.az saytının məlumatına görə, Ağdam təmsilçisi təlim-məşq toplanışının II mərhələsi üçün yenidən qardaş ölkəyə yollanır.

İyulun 14-də Qızılcahamamda ilk mərhələni başa vuraraq geri qayıdan komanda 3 günlük aradan sonra bu dəfə fərqli məkana gedir. Bakı – İstanbul reysiylə hərəkət edəcək “Qarabağ” sonuncu şəhərdən avtobusla Boluya hərəkət edəcək.

Ağdamlılar Bolunun Gerede adlı qəsəbəsindəki “Essentəpə” otelinə yollanacaq. İyulun 30-na kimi adıçəkilən məkanda məskunlaşacaq komanda 13 günlük müddətdə 5 yoxlama oyunu keçirməyi planlaşdırır.

Qeyd edək ki, Ağdam təmsilçisi iyulun 30-da Ankara – Bakı reysiylə geri dönəcək.

Xəbər 866 dəfə oxundu.